Rusiya dəhşətli silahını sınaqdan keçirdi - VİDEO

Rusiya dəhşətli silahını sınaqdan keçirdi – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya Müdafiə Nazirliyi yeni silahlarının sınaqdan keçiriblər.

A24.Az Rusiya Müdafiə Naziliyinə istinadən xəbər verir ki, bu dəfə “Msta-S” özüyeriyən haubitsalarının və “Krasnopol”idarə olunan mərmilərini atış qabiliyyəti yoxlanılıb.

Xatırladaq ki, 2017-ci ildə Moskva ərazisində yerləşdirilən Qərb Hərbi Dairəsinin ümumqoşun ordusunda yeni modernizə olunan “Msta-S” özüyeriyən haubitsaları döyüş növbətçiliyinə qəbul edilib. Ümumqoşun Ordu komandanı, general-mayor Aleksandr Peryazev bildirb ki, ekipaj heyəti modernləşən “Msta-S” özüyeriyən haubitsaların istismarı üçün məşq ediblər. General qeyd edib ki, yeni “Msta-S” haubitsalardan real sınaq atışları 2018-ci ilin yazında keçiriləcək. Özüyeriyən haubitsanın müasirləşdirilməsi nəticəsində tezatma və effektiv atış qabiliyyəti artırılıb. Müasirləşdirilən 2S19M2 “Msta-S”in atış tempi dəqiqədə 10 atəşə çatdırılıb. Modernləşmə prosesində dəyişikliklər performans xüsusiyyətlərinə də təsir göstərib. Sürücü-mexanikin yeri elektrik blokun və aqreqatların vəziyyəti haqqında informasiyanı operativ almağa imkan verən avtomatlaşdırılmış işləmə kompleksi ilə təchiz olunub. Həmçinin hərbi texnika yeni rabitə vasitələri ilə təmin edilib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar