A24 Xeber

Rusiya döyüş gəmilərini Suriyaya göndərdi – VİDEO

Rusiya döyüş gəmilərini Suriyaya göndərdi – VİDEO
70
22 Aprel 2018 - 14:18

Rusiya Hərbi Dəniz Donanmasına məxsus “BSF Pytlivy” və “Smetlivy” adlı döyüş gəmiləri Suriyaya göndərilib.

A24.Az xəbər verir ki, gəmilər Bosfor və Çanaqqala boğazlarından keçərək Aralıq dənizinə çıxıblar. Gəmilərin boğazlardan keçərkən üzərlərindəki raketlər diqqətlərdən yayınmayıb.

Döyüş gəmilərinin Rusiyanın Suriyanın Tartus limanındakı hərbi donanmasında mövqe tutacağı bildirilir.

Qeyd edək ki, ABŞ Suriyanın Duma şəhərindəki kimyəvi silah iddialarından sonra hərbi gəmilərini Aralıq dənizinə göndərərək bu ölkəni bombalayıb. Bundan sonra Rusiya ilə ABŞ arasında münasibətlər gərginləşib.

Nərmin Kərim, A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00