A24 Xeber

Rusiya dünyaya meydan oxuyan dəhşətli silahlarını göstərdi – VİDEO

Rusiya dünyaya meydan oxuyan dəhşətli silahlarını göstərdi – VİDEO
93
02 Mart 2018 - 20:58

Rusiya sənaye müəssisəsinin hazırladığı 3 yeni silahını nümayiş etdirib.

A24.Az Rusiyanın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hazırlanan yeni lazer silah kompleksləri Ordunun silahlanmasına verilib.

Sənaye müəssisəsi daha sonra Rusiyada pilotsuz sualtı aparatlar hazırlayıb. Böyük dərinlikdə və sürətlə qitələrarası uzaqlığa hərəkət etmək imkanında olan aparatın sualtı gəmilərin, ən müasir torpedaların və hətta ən sürətli suüstü gəmilərin bütün növlərindən sürətli olduğu bildirilir. Aşağı səslə işləyən pilotsuz sualtı aparat yüksək manevr qabiliyyətinə sahibdir və rəqib üçün praktik olaraq əlçatmazdır. Pilotsuz sualtı aparatlar adi, həm də nüvə döyüş sursatları kimi təchiz edilmiş ola bilər. 2017-ci ilin dekabrında sözügüdən aparatların sınaqları keçirilib və uğurla başa çatıb. Aparat müasir nüvə sualtı gəmilərindən yüz dəfə daha kiçik həcmdədir və döyüş effektliyi 200 dəfədən çoxdur. Müdafiə Nazirliyinin məlumatına görə, 2017-ci ilin sonunda Rusiya həmçinin yeni qanadlı raketinin də sınaqlarını müvəffəqiyyətlə keçirib.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00