Rusiya erməni əsgərləri həyəcan siqnalı ilə ayağa qaldırdı

Rusiya erməni əsgərləri həyəcan siqnalı ilə ayağa qaldırdı
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiyanın Ermənistandakı hərbi bazasında 3 mindən çox hərbi qulluqçunun iştirakı ilə taktiki təlimlər başlayıb.

“A24.az”ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Cənub Hərbi Dairəsindən bildirilib ki, təlimlər çərçivəsində əsgərlər həyəcan siqnalı ilə ayağa qaldırılıb.

Motoatıcı, tank, kəşfiyyat, artilleriya və mühəndis bölmələri təlimin keçirildiyi Kamxud və Alagöz poliqonlarına marş edib. Təlimlərə 500-ə qədər hərbi texnika, o cümlədən hava hücumundan müdafiə qüvvələri, hərbi aviasiya və pilotsuz aviasiya cəlb olunub.

Havadan bölmələri “MiQ-29” təyyarələri, “Mi-24” və “Mi-8 MTŞ” helikopterləri müşayiət edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar