A24 Xeber

Rusiya Ermənistana yeni səfir təyin etdi

Rusiya Ermənistana yeni səfir təyin etdi
26
06 Aprel 2018 - 16:43

Sergey Kopırkin Rusiyanın Ermənistana yeni səfiri təyin edilib.

“A24.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.

V.Putinin digər sərəncamı ilə İvan Volınkin Rusiyanın Ermənistandakı səfiri vəzifəsindən geri çağırılıb.

Qeyd edək ki, Rusiyanın Ermənistandakı yeni səfiri Sergey Pavloviç Kopırkin 1962-ci il dekabrın 14-də anadan olub. Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsinin müavini vəzifəsində işləyib.

Report.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00