Rusiya estafeti Qətərə verdi

Rusiya estafeti Qətərə verdi
Want create site? Find Free WordPress Themes and plugins.

Kremldə 2022-ci ildə futbol üzrə dünya çempionatının Qətərdə keçirilməsilə bağlı təntənəli mərasim keçirilib.

“A24.az”ın “RİA Novosti”yə istinadla verdiyi xəbərə görə, mərasimdə Rusiya prezidenti Vladimir Putin, Qətər əmiri Təmim ben Həmad əl-Tani və FİFA prezidenti Canni İnfantino iştirak ediblər.

Mərasim zamanı Putin dünya çempionatı 2018-də Fransa və Xorvatiya yığmalarının oynayacağı topu Qətər əmirinə verib.

“Rusiyada keçirilən dünya çempionatı sona çatır. Bu idman növü ilə bağlı təşkil etdiklərimizlə fəxr edirik. Ölkə olaraq futboldan, futbol ilə dünyadan və azarkeşlərdən böyük həzz aldıq”, – deyə Putin bildirib.

Həmçinin Putin Dohada Rusiya kimi mundialın yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib.

Putin sonda sözlərinə əlavə edib ki, “futbol ən humanist missiyasını – insanları birləşdirməyi yerinə yetirdi”.

Oxu.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar