Rusiya içində azərbaycanlıların da olduğu gəminin axtarışını dayandırıb

Rusiya içində azərbaycanlıların da olduğu gəminin axtarışını dayandırıb
Want create site? Find Free WordPress Themes and plugins.

Yapon dənizində batan “Vostok” balıqçı gəmisinin axtarışları dayandırılıb.

Bu barədə RİA Novosti agentliyinə “Vladivostok” dəniz xilasedici mərkəzinin nümayəndəsi bildirib.

“Axtarış əməliyyatı yanvarın 25-dən 29-dək davam edib. Ekipaj üzvlərinin sağ tapılmasına ümid qalmayıb. Bu səbəbdən axtarış-xilasedici əməliyyatın fəal fazası dayandırılıb. Bundan sonra axtarışlar ərazidən keçən gəmilər vasitəsi ilə aparılacaq”, deyə nümayəndə bildirib.

“Vostok” balıqçı gəmisi yanvarın 25-də Primorsk diyarı sahillərində, Yapon dənizində yoxa çıxıb. Gəmidə Rusiya vətəndaşı olan iki azərbaycanlı – Mübariz Hüseynov və Ruslan Əlizadə olub.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar