A24 Xeber

Rusiya ilə ABŞ arasındakı nüvə razılaşması donduruldu

Rusiya ilə ABŞ arasındakı nüvə razılaşması donduruldu
22
01 İyun 2018 - 14:32

Rusiya ilə ABŞ arasında 2013-cü ildə nüvə silahından dinc məqsədlərlə istifadəni nəzərdə tutan müqavilə dondurulub.

A24.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ-ın keçmiş Energetika naziri Ernesto Monislə görüşdə deyib.

“Təəssüf ki, bizdən asılı olmayan səbəblərdən dolayı müqavilənin tətbiq edilməsi dondurulub. Buna baxmayaraq, iki ölkə arasında nüvə sahəsində normal münasibətlərin bərpası üçün lazımi dəstəyi verəcəyinizə ümid edirik”, – deyə Lavrov bildirib.

Qeyd edək ki, Rusiya ilə ABŞ hökumətləri arasında 2013-cü ildə nüvə silahından dinc məqsədlərlə istifadəni nəzərdə tutan “1-2-3” adlı müqavilə imzalanıb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00