Rusiya prezidenti qızları barədə danışıb

Rusiya prezidenti qızları barədə danışıb
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya prezidenti Vladimir Putin qızlarının ölkəni necə yaxşı etmək barədə onunla müzakirə aparmalarından danışıb.

Bunu o, Andrey Kondraşovun “Odnoklassniki” sosial şəbəkəsinə yerləşdirilən filmində söyləyib.

O, həmçinin qızlarına qarşı heç də həmişə tələbkar olmadığını qeyd edib.

“Yəqin ki, ola bilsin həmişə deyil, amma tələbkar olmaq sevməmək anlamına gəlmir”, — deyə Putin vurğulayıb.

Prezidentin sözlərinə görə, o, qızlarına valideynlərinin ona arzuladığı kimi, uğurlar diləyir.

“Mən eyni şeyi qızlarıma arzu edirəm. Onlar çalışırlar, çox işləyirlər. İşə yanaşmalarından çox razıyam. Çox çalışqandırlar. Öz ölkələrini çox sevirlər, onunla qürur duyurlar, mənimlə bu barədə danışarkən, ölkəni necə yaxşı etmək barədə düşünürlər”, — deyə Putin əlavə edib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar