A24 Xeber

Rusiya PRS-1M antiraketini sınadı

Rusiya PRS-1M antiraketini sınadı
59
03 Aprel 2018 - 12:38

Rusiyanın Müdafiə Nazirliyi Hava Hücumundan Müdafiə Sistemi üçün nəzərdə tutulmuş yeni PRS-1M antiraketini sınayıb.

A24.Az Milli.Az-a istinadən bildirir ki, Qazaxıstandakı Sarı-Şaqan poliqonunda keçirilmiş sınaqlar uğurla başa çatıb.

“Peyk qatili” adlandırılan yeni antiraket hazırda mövcud olan istənilən raketdən dəfələrlə sürətlidir. 100 qat sürətlənmə ilə səmaya qalxan bu antiraket ballistik raketlərin böyük bloqlarını yaxın kosmosda və atmosferdə zərərsizləşdirmək, habelə peykləri vurmaq üçün nəzərdə tutulub.

Antiraket Rusiyanın “Almaz-Antey” dövlət konsernində istehsal olunacaq.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00