A24 Xeber

Rusiya Suriya-İsrail sərhədində hərbi polis yerləşdirəcək

Rusiya Suriya-İsrail sərhədində hərbi polis yerləşdirəcək
38
02 Avqust 2018 - 18:56

 BMT sülhməramlı qüvvələrinin Qolan təpələrində 2012-ci ildə təhlükəsizlik məsələləri ilə əlaqədar dayandırılmış fəaliyyəti bərpa edilə bilər.

Bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy bildirib.

Onun sözlərinə görə, bu gün BMT sülhməramlıları Rusiya hərbi polisinin müşayiəti ilə son 6 ildə ilk dəfə sərhəd ərazisində patrul həyata keçirib.

S.Rudskoy qeyd edib ki, BMT postlarının qarşısında mümkün təxribatların qarşısını almaq üçün “Bravo” xətti boyunca Rusiya Silahlı Qüvvələrinin hərbi polis postlarının qurulması planlaşdırılır. O, vəziyyətin sabitləşməsi halında postların Suriya hökumət qoşunlarının ixtiyarına veriləcəyini də bildirib. //report

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00