Rusiya Suriya sahillərində hərbi təlib keçməyə başlayıb

Rusiya Suriya sahillərində hərbi təlib keçməyə başlayıb
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ və Rusiya arasında davam edən gərginlikdən sonra Moskvanın verdiyi yeni qərarla Rusiya donanması Suriya sahillərində hərbi təlim keçirəcəyini bildirib.

“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Əsədin Suriyada xalqını kimyəvi silahlardan istifadə edərək öldürməsindən sonra Rusiya və ABŞ arasında yaşanan gərginlik get-gedə artır. Trampın “raketlərimiz gəlir” mesajından sonra Rusiya tədbir görməyə başlayıb.

Rusiya donanmasına aid gəmilərin Suriya sahillərinə yaxın yerdə təlim keçirəcəyi, beynəlxalq aviasiya personalı bildirişi (NOTAM) və dənizçilər üçün naviqasiya xəbərdarlıqlarına riayət edəcəkləri qeyd edilib.

Suriya dəniz sərhədində yerləşən Aralıq dənizi sularında yerləşən təlim sahəsi 11-12, 17-19 və 25-26 aprel tarixlərində Moskva vaxtı ilə 10:00 və 18:00 arasında bağlanacaq.

Hazırda Aralıq dənizində Rusiya Dəniz Qüvvələrinin 15 hərbi gəmisi var.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar