Rusiya “Terminator"u silahlanmaya qəbul etdi

Rusiya “Terminator”u silahlanmaya qəbul etdi
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya Ordusu BMPT “Terminator” atəş dəstəyi maşınlarını silahlanmaya qəbul edib.

A24.Az-ın məlumatına görə, bu barədə “Uralvaqonzavod” Dövlət Şirkəti xəbər yayıb. Bundan əvvəl, 2018-ci ilin martında həyata keçiriləcəyi bildirilən tədarük paketinə 11 ədəd BMPT atəş dəstəyi maşınları daxil idi. Əvvəlki tədarükdən fərqli olaraq, yeni BMPT “Terminator” T-72A şassisi üzərində deyil, T-90A şassisi üzərinə inteqrasiya olunub.

Zirehli atəş dəstəyi transportyorunun tədarükünə dair saziş 2017-ci ildə “Army-2017” sərgisində imzalanıb.

Zirehli maşınlar 2 ədəd 30 mm 2A42 avtomatik top, 1 ədəd 7.62 mm pulemyot və “Ataka-T” tank əleyhinə idarəolunan raket sistemi ile dəstləşdirilib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar