Rusiya türk pomidorlarından məmnun qalmadı

Rusiya türk pomidorlarından məmnun qalmadı
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyədən  Rusiyaya ixrac edilən pomidorlarda fitosanitar normaların pozulduğu aşkarlanıb.

A24.Az xəbər verir ki,  bu barədə Rusiyanın Baytarlıq Nəzarəti Federal Xidmət məlumat yayıb.

Qeyd olunur ki, Rusiya tərəfindən Türkiyə pomidorlarının idxalına qoyulan qadağa aradan qaldırıldıqdan sonra 43 müəssisə tərəfindən tədarük həyata keçirilib. 11 şirkətin məhsulunda Rusiya qanunvericiliyi tələb və normalarının pozuntuları aşkar edilib.

Xatırladaq ki, mayın 1-dən etibarən Türkiyədə yetişdirilən pomidorların Rusiyaya idxalı ilə bağlı məhdudiyyət aradan qaldırılıb. Rusiya tərəfinin yeganə şərti məhsulların fitosanitar tələblərə cavab verməsi, başlıca olaraq göndərilən mallarda “pomidor güvəsinin” olmaması idi./Oxu.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İqtisadiyyat, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar