A24 Xeber

Rusiya və Ermənistan liderləri bu həftə Soçidə görüşür

Rusiya və Ermənistan liderləri bu həftə Soçidə görüşür
28
14 May 2018 - 9:08

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan bazar ertəsi Soçidə ikitərəfli görüş keçirəcək.

“A24.az” RİA “Novosti”yə istinadən xəbər verir ki, danışıqların Avrasiya İqtisadi İttifaqı sammitinin “meydanları”nda aparılması planlaşdırılıb.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, mayın 14-də keçiriləcək görüşdə tərəflər regional təhlükəsizliyin aktual məsələləri, həmçinin ikitərəfi gündəliyin əsas məsələlərini müzakirə edə biləcəklər.

Uşakovun sözlərinə görə, bu, Ermənistan baş naziri ilə ilk rabitə olacaq və bu özlüyündə iki ölkə rəhbərinin bir-biri ilə tanış olması baxımından vacibdir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00