A24 Xeber

Rusiya və Türkiyə “S-400”-lərin tədarük qiymətinə dair razılığa gəliblər

Rusiya və Türkiyə “S-400”-lərin tədarük qiymətinə dair razılığa gəliblər
23
04 Aprel 2018 - 3:59

Moskva və Ankara “S-400” raket-zenit komplekslərin tədarük qiymətinə dair razılığa gəliblər .

Bunu Rusiya prezidenti Vladimir Putin Ankarada türkiyəli həmkarı Rəcəb Tayipp Ərdoğanla görüşündən sonra bildirib.

V.Putin bildirib ki, tərəflər hərbi-texniki sahədə Rusiya-Türkiyə əməkdaşlığının vəziyyətini, xüsusən, “S-400” raket-zenit komplekslərinin Türkiyəyə tədarükü layihəsinin reallaşdırılmasını   müzakirə ediblər.

“Biz icraatı sürətləndirdik və qiymətlərlə bağlı razılığa gəldik, bu çox vacibdir”, – deyə Putin qeyd edib.

 O qeyd edib ki, “S-400”-lərin tədarükünü sürətləndirmək qərarı türkiyəli həmkarlarımızın xahişi əsasında verilib. //APA
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00