Rusiya Xarici İşlər: ABŞ Rusiyadakı seçkilərə müdaxilə etməyə çalışır

Rusiya Xarici İşlər: ABŞ Rusiyadakı seçkilərə müdaxilə etməyə çalışır
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya Xarici İşlər Nazirliyi Vaşinqtonun Rusiyadakı seçkilərə müdaxilə etməyə çalışdığını, bu məsələnin Moskva tərəfindən müəyyənləşdirdiyini bildirib.

A24.Az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi xüsusi səlahiyyətli nümayəndəsi Andrey Nesterenko, Rusiya mətbuatına mövzu ilə bağlı açıqlamalar verib. Nesterenko, jurnalistlərin “ABŞ-ın Rusiyadakı seçkilərə müdaxilə etməyə çalışdığı aşkar edilibmi?” sualına bu şəkildə cavab verib: “Əlbəttə seçki müstəqilliyi anlayışı, sadəcə bir anlayış olmaqdan çıxıb, bütün sivilizasiyalı ölkələr tərəfindən istifadə edilməsi lazım olan bir prinsip olmalıdır”.

Amerika informasiya mənbələrinin Rusiyadakı seçki qanunvericiliyini pozmağa “bir millimetr uzaqda olduğunu deyən Nesterenko Moskvanın bu məsələdə Vaşinqtona məlumat çatdıracağını qeyd edib. Rusiyalı diplomat, Rusiyanın “Amerikalı partnyorlarını, Amerika informasiya vasitələrinin fəaliyyətinin, Rusiyanın seçki qanunvericiliyini pozmağa yaxın olduqlarını söyləməsini bu barədə məlumat verəcəyini ifadə edərək “Onlar (ABŞ-ın informasiya xidmətləri) seçkiyə müdaxilə etməyə bir millimetr uzaqda olublar”, – deyə danışıb.

Daha əvvəl Rusiya Mərkəzi Seçki Komissiyası və Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Nəzarət Qurumu (Roskomnadzor), “Google”a bir məktub göndərərək, seçki günü aksiyalara qoşulmaq çağırışları yaymağın gətirdiyi məsuliyyətə işarə etmiş, bu cür aksiyalarla Rus qanunlarının pozulduğu barədə xəbərdarlıq etmişdi.

Rusiya daxilində yerli seçkilərin Sentyabrın 9-də keçirilməsi gözlənilir.

Orxan Aslanlı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar