A24 Xeber

Rusiya XİN başçısı Türkiyəyə səfər edəcək

Rusiya XİN başçısı Türkiyəyə səfər edəcək
17
09 Avqust 2018 - 16:53

Rusiyanın xarici işlər naziri Sergey Lavrov avqustun 13-14-də Türkiyəyə səfər edəcək.

Bu barədə keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Səfər çərçivəsində Lavrovun səfirlərin görüşündə çıxış edəcəyi və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışıqlar aparacağı planlaşdırılır.

“Rusiya-Türkiyə müzakirələrinin mərkəzində beynəlxalq gündəmin aktual məsələləri – Suriya, Yaxın Şərq, Zaqafraziya, Mərkəzi Asiya, Ukrayna və Qara dəniz regionundakı vəziyyət dayanacaq”, – M.Zaxarova söyləyib.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00