Rusiya: Yüzlərlə siyasi aktivist Dera şəhərindən təxliyə edildi

Rusiya: Yüzlərlə siyasi aktivist Dera şəhərindən təxliyə edildi
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiyanın Suriyadakı Atəşkəs Monitorinq Mərkəzinin rəhbəri Aleksey Tsiqankov, atəşkəs prosesini qəbul etməyən yüzlərlə siyasi xadimin Suriya hökumətilə aparılan müqavilə çərçivəsində Dera şəhərindən ayrıldığını bildirib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, yeddi il sonra yeni hökumətin nəzarətinə keçən Dera şəhərindən təxliyələrə bağlı məlumat verən Tsiqankov, “Qısa müddət bundan əvvəl şəhəri tərk etmək istəyənlər minlərlə insan vardı. Bu gün isə yalnız yüzlərlə adam var. Təxliyə əməliyyatından bir neçə saat əvvəl yüzdən çox adam getməkdən imtina edərək şəhərdə qaldı”, – deyə bildirib. Rusiya səlahiyyətli nümayəndəsi, bu vəziyyətin keçmiş silahlı qrup üzvlərinin hökumətə olan etimadına işarə etdiyini söyləyib. Deradakı xadimlərin təxliyəsi, Rusiyanın Suriyadakı tərəfləri uzlaşdırma mərkəzinin vasitəçiliyi ilə bağlanmış müqavilə çərçivəsində həyata keçirilir. Təxliyə başa çatdıqda, 2011-ci ildəki münaqişələrin ilk olaraq başladığı yer olan Dera siyasi xadimlərdən tamamilə azad edilmiş olacaq.

Suriya müxalifəti, 6 iyulda Derada atəşkəsin təmin edilməsi məsələsində Rusiya nümayəndələr ilə razılığa gəlindiyini açıqlamışdı.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar