Rusiyada azərbaycanlı quyuya düşüb öldü

Rusiyada azərbaycanlı quyuya düşüb öldü
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiyanın Leninqrad vilayətində 30 yaşlı Azərbaycan vətəndaşı faciəvi şəkildə ölüb.

“A24.az” xəbər verir ki, bədbəxt hadisə iyulun 22-də Leninqrad vilayətinin Vsevolojsk rayonunda baş verib. Rayonun Aqalatovo kəndində 25 metrlik quyuya suvaq vuran azərbaycanlı gəncin halı qəflətən pisləşib. Huşunu itirən həmyerlimiz suya düşüb. Hadisə yerinə xilasedicilər gələnə kimi azərbaycanlı gənci bir nəfər xilas etməyə çalışıb. Lakin quyuya düşən həmin şəxs də huşunu itirib.

Hadisə yerinə gələn Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri azərbaycanlı gəncin cəsədini quyudan çıxarıblar. Məlum olub ki, həmyerlimizin ölümünə səbəb quyunun dərinliyində qaz kütləsinin toplanması olub.

APA

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar