Rusiyada azərbaycanlını güllələdilər

Rusiyada azərbaycanlını güllələdilər
Want create site? Find Free WordPress Themes and plugins.

Martın 9-na keçən gecə Rusiyanın Sankt-Peterburq şəhərinin Nevski rayonunda azərbaycanlı turistə hücum olunub.

A24.Az oxu.az-a istinadən bildirir ki,40 yaşlı Azərbaycan vətəndaşı hoteldə tanış qızla vaxtını keçirməyə gəlmişdi.

Telefon zəngindən sonra çölə çıxan həmyerlimiz üç naməlum şəxsin hücumuna məruz qalıb. Onlardan ikisi qonağı döyüb, üçüncü şəxs isə onun ayağına atəş açıb. Hadisə 2-ci Rabfakofski küçəsində baş verib.

Nəticədə Azərbaycan vətəndaşı dörd güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Polis faktla bağlı araşdırma aparır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar