A24 Xeber

Rusiyada dolların məzənnəsi həddi keçdi

Rusiyada dolların məzənnəsi həddi keçdi
44
10 Sentyabr 2018 - 12:22

Bu gün Rusiyada ABŞ dollarının məzənnəsi 70 rublluq psixoloji həddi keçərək 70,16 rubla yüksəlib. 

“A24.az” bu barədə Rusiya mətbuataına istinadən xəbər verir.

Məlumata görə, Amerika valyutası sonuncu dəfə bu qiymətə 2016-cı il martın 16-da dəyişdirilib.

Rusiyada Avronun məzənnəsi isə 80 rubbluq psixoloji həddi üstələyərək 80,64 rubl təşkil edib.

Bu arada qonşu ölkənin Moskva Banklararası Valyuta Birjası indeksi dünənin qapaşı ilə müqayisədə 0,4% artaraq 2 331,75 bəndə, RTS indeksi isə 0,04% irəliləyərək 1050,93 bəndə çatıb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00