Rusiyada “Facebook” da bağlana bilər

Rusiyada “Facebook” da bağlana bilər
Want create site? Find Free WordPress Themes and plugins.

“Roskomnadzor” 2018-ci ilin sonuna qədər “Facebook” şirkətinə dair yoxlama aparacaq.

“A24.az” bildirir ki, bunu jurnalistlərə qurumun rəhbəri Aleksandr Jarov deyib.

Onun sözlərinə görə, “Facebook” şəxsi məlumatların lokallaşdırılması haqqında yerli qanuna əməl etməsə ölkə ərazisində fəaliyyətini dayandırmalı olacaq.

“Rusiya vətəndaşlarının məlumat bazasının ölkə ərazisində lokallaşması və bütün qadağan olunmuş informasiyanın silinməsi barədə tələblərə əməl olunmayacağı təqdirdə çox güman ki, bloklaşdırma barədə məsələ qaldırılacaq”, – deyə Jarov bildirib.

Qeyd edək ki, ötən gün Moskva məhkəməsi “Telegram” messencer proqramının bağlanması barədə iddianı təmin edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar