A24 Xeber

Rusiyada fövqəladə vəziyyət elan olundu

Rusiyada fövqəladə vəziyyət elan olundu
37
14 May 2018 - 20:09

Rusiyanın Yakutiya respublikasında fövqəladə vəziyyət elan olunub.

A24.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov məlumat verib. Nazirin sözlərinə görə, qərar daşqınlarla əlaqədar qəbul olunub.

Qeyd olunur ki, daşqınlar nəticəsində Yakutiyada 11 yaşayış məntəqəsi ziyan çəkib, daha 6-7 qəsəbə su altında qalmaq təhlükəsi ilə üz-üzədir.

 Bildirilib ki, bölgəyə xilasetmə işləri ilə əlaqədar əlavə qüvvələr cəlb olunur.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00