A24 Xeber

Rusiyada gənc jurnalist qətlə yetirilib

Rusiyada gənc jurnalist qətlə yetirilib
12
25 İyul 2018 - 9:09

Rusiyanın Nijni Novqorod şəhərində 27 yaşlı  jurnalist Denis Suvorov qətlə yetirilib.

“A24.az”ın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, İstintaq Komitəsinin məlumatına əsasən, üzərində müxtəlif xəsarətlər olan meyit iyulun 24-də “Kazanskaya naberejnaya” adlanan ərazidə aşkarlanıb.

Fakt üzrə “qətl” maddəsi üzrə cinayət işi başlanıb, birgə istintaq-əməliyyat qrupu yaradılıb.

Hadisənin təfərrüatları müəyyənləşdirilir.

“Nijni Novqorod” Dövlət Teleradio Şirkətinin əməkdaşı Suvorov “Vesti-Povolje” və digər verilişlərin aparıcısı, həmçinin teleşirkətin saytının redaktoru olub.

APA

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00