A24 Xeber

Rusiyada İŞİD-in 60 tərəfdarı saxlanıldı

Rusiyada İŞİD-in 60 tərəfdarı saxlanıldı
21
14 Mart 2018 - 3:29

 Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) bu ölkədən İŞİD tərəfdarlarının Suriyaya və İraqa göndərilməsi yollarının qarşısını alıb.

Bu barədə TASS Federal Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, Daxili İşlər Nazirliyi ilə birlikdə keçirilən əməliyyat nəticəsində Moskva şəhəri və Moskva vilayəti ərazisində etnik cinayətkar qrupun qeyri-qanuni fəaliyyətinə son qoyulub. Qrup döyüşlərdə iştirak üçün Suriyaya və İraqa İŞİD tərəfdarlarının qeyri-leqal göndərilməsini təmin edirmiş.

On yeddi ünvanda aparılmış xüsusi əməliyyat zamanı ümumilikdə 60 əcnəbi saxlanılıb. Operativ axtarış və istintaq tədbirləri davam etdirilir.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00