A24 Xeber

Rusiyada keçirilən aksiyalarda 1300-dən çox etirazçı saxlanıldı

Rusiyada keçirilən aksiyalarda 1300-dən çox etirazçı saxlanıldı
30
06 May 2018 - 0:37

 Rusiyada keçirilən razılaşdırılmamış aksiyalarda 1300-dən çox etirazçı saxlanılıb.

A24.Az “Report”a istinadən xəbər verir ki, yerli vaxtla saat 19:00-dək ölkənin 21 şəhərində 1348 nəfər saxlanılıb.

Aksiyaçılar ən çox Moskvada (592 nəfər), Çelyabinskdə (164 nəfər) və Sankt-Peterburqda (112 nəfər) saxlanılıblar.

Rusiyanın Daxili İşlər Nazirliyinin Baş İdarəsindən bildirilib ki, saxlanılanlar məsuliyyətə cəlb ediləcək. Moskva meriyası mayın 5-də aksiyanı Saxarova prospektində keçirməyi təklif edib. Lakin təşkilatçılardan biri – Aleksey Navalnıy tərəfdarlarını Tversk küçəsində razılaşdırılmamış aksiyaya çıxmağa çağırıb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00