Rusiyada müğənni qətlə yetirilib

Rusiyada müğənni qətlə yetirilib
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiyanın şanson mahnılar ifaçısı Pyotr Qara Moskvada yerləşən mənzilində ölü tapılıb.

Bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi rəisinin böyük köməkçisi Yuliya İvanovaya istinadən TASS məlumat yayıb.

Onun sözlərinə görə, fevralın 19-da “Severnı bulvar”da yerləşən yaşayış evinin mənzilində 1984-cü il təvəllüdlü kişi meyiti tapılıb.

“Vizual baxış zamanı beş bıçaq yarası şəklində zorakı ölüm əlamətləri aşkar edilib”, – deyə İvanova əlavə edib.

Faktla bağlı cinayət işi qaldırılıb.

TASS hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, öldürülən şəxs klublarda konsertlərlə çıxış edən və Pyotr Qara kimi tanınan müğənni Pyotr Petrenkodur. //Report

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar