A24 Xeber

Rusiyada prezident seçkilərinin ilkin nəticəsi açıqlandı

Rusiyada prezident seçkilərinin ilkin nəticəsi açıqlandı
108
18 Mart 2018 - 23:37

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

APA-nın Moskva müxbirinin Rusiya MSK-da yaradılan İnformasiya Mərkəzindən verdiyi xəbərə görə, hazırda ölkə üzrə keçirilən səsvermədə bülletenlərin 33,24 faizi hesablanıb. İlkin nəticələrə görə, hazırki prezident Vladimir Putin 73,5 faiz səslə qalib gəlib.

İkinci yerdə isə Kommunist Partiyasının namizədi, Lenin adına Sovxozun direktoru Pavel Qrudinindir. O, seçicilərin 14,5 faizinin səsini toplaya bilib. Üçüncü yerdə 6,6 faiz səslə liberal demokrat Vladimir Jirinovski, dördüncü yerdə 1,4 faiz səslə Kseniya Sobçak qərarlaşıb.

Digər namizədlər Sergey Baburin, Qriqori Yavlinski, Boris Titov və Maksim Suraykin 1 faizdən az səs toplaya biliblər.

A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00