A24 Xeber

Rusiyada hökumət əleyhinə nümayişlərdə etirazçıların aksiyasına polislər müdaxilə edib.

“A24.az” xəbər verir ki, etiraz aksiyalarına müdaxilə zamanı müxaliflərin lideri Aleksey Navalniy nəzarət altına alınıb.

Qarşıdurma zamanı həmçinin onlarla insan saxlanılıb, polis etirazçılara fiziki güc də tətbiq edib.

Ölkənin çoxlu sayda şəhərlərindən minlərlə insan martda keçirilən prezident seçkilərində yenidən qələbə qazanan Vladimir Putinin mayın 7-də baş tutacaq rəsmi xidmətə keçmə mərasimindən əvvəl etirazlara başlayıb.

Korrupsiyaya Qarşı Mübarizə Fondunun qurucusu və Rusiyanın öndə gedən müxalifətçilərindən Aleksey Navalninin çağırışı ilə  vətəndaşlar Putin və Rusiya hökumətinə qarşı şüarlar səsləndirərək küçələrə çıxıblar.

Belə ki, Navalni etiraz aksiyalarının çoxluq təşkil etdiyi Moskvada keçirilən nümayişlərə qatıldıqdan və polis tərəfdən saxlanıldıqdan sonra Putin tərəfdarları ilə etitrazçılar arasında qarşıdurma yaranıb. Qarşıdurma zamanı nəzarət altına alınan nümayişlər yerlə sürüdülüb.

A24.az

Rusiyada hökumət əleyhinə nümayişlərdə etirazçıların aksiyasına polislər müdaxilə edib. “A24.az” xəbər verir ki, etiraz aksiyalarına müdaxilə zamanı müxaliflərin lideri Aleksey Navalniy nəzarət altına alınıb. Qarşıdurma zamanı həmçinin onlarla insan saxlanılıb, polis etirazçılara fiziki güc də tətbiq edib. Ölkənin çoxlu sayda şəhərlərindən minlərlə insan martda keçirilən prezident seçkilərində yenidən qələbə qazanan Vladimir Putinin mayın 7-də baş […]

Rusiyada Putin əleyhinə ən böyük etiraz: Nümayişçilər yerlə sürüdüldü – VİDEO

203