Rusiyada qəribə hadisə: Cinayət Məcəlləsini Quran zənn edib oxudular

Rusiyada qəribə hadisə: Cinayət Məcəlləsini Quran zənn edib oxudular
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya Federasiyasının tərkibində olan Başqırdıstan  Respublikasında yaşayan bir ailə 1926-cı ildə ərəb dilində yazılan Sovet İttifaqı Cinayət Məcəlləsini Qurani-Kərim sayaraq nəsildən-nəslə ötürüblər.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, ailə  Sovet Rusiyasından qalma və müsəlmanlar üçün yazılan ərəbcə Rusiyanın Cinayət Məcəlləsini uzun illər Qurani-Kərim zənn ediblər və başlarının üstündə qoruyaraq saxlayıblar.

Rusiya Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə, Başqırdıstanda yaşlı bir qadın Qurani-Kərim sandığı kitabı oğlunun yastığının altında saxladığı məlum olub. Müqəddəs kitab olduğunu düşünən şəxs cinayət məcəlləsini illər boyu yastığının altında saxlayaraq dua edib. Hazırda həmin şəxs polis olaraq xidmət göstərir.

Rusiya mediasına açıqlama verən Rafiya Zinatullina “Anam bunun müqəddəs kitab olduğunu, uşaqların sakit və hüzurlu olması üçün bir parçaya sarılıb yastığın altına qoyulmasını söyləyib. Ancaq illər sonra bunun 1926-cı ilə aid Sovet İttifaqının Cinayət Məcəlləsi olduğunu öyrəndik” deyib.

Baş verənlər ailənin sözügedən kitabı Başqırdıstanın paytaxtı Ufadakı Rusiya Daxili İşlər Nazirliyinin muzeyinə hədiyyə etməsi nəticəsində ictimaiyyətə yayılıb.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Din, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar