A24 Xeber

Rusiyada qəzaya uğramış “Mi-8” vertolyotunun hər iki “qara qutu”su tapıldı – YENİLƏNİB

Rusiyada qəzaya uğramış “Mi-8” vertolyotunun hər iki “qara qutu”su tapıldı – YENİLƏNİB
55
04 Avqust 2018 - 10:07

Səhər saatlarında Rusiyanın Krasnoyarsk vilayətində qəzaya uğramış “Mi-8” tipli sərnişin vertolyotunun hər iki “qara qutu”su xilasedicilər tərəfindən tapılıb.

Bu barədə regionun fövqəladə hallar xidmətindəki mənbəyə istinadən RİA “Novosti” məlumat yayıb.

“Mi-8″in düşdüyü yerdə uçuşun parametrlərini qeydə alan cihaz və danışıqları yazan bort qurğusu tapılıb”, – deyə o bildirib.

***

07:47

Rusiyanın Sibir diyarının Krasnoyarsk vilayətində “Mi-8” tipli sərnişin vertolyotu qəzaya uğrayıb.

İlkin ehtimala görə, onun göyərtəsində 18 nəfər olub və onların hamısı ölüb.

RİA “Novosti” regionun fövqəladə hallar xidmətindəki mənbəyə istinadən yazır ki, 18 nəfərdən 3-ü heyət üzvü olub. Onun sözlərinə görə, vertolyotun göyərtəsində “Ankor” şirkətinin əməkdaşları olub.

Mənbə “Mi-8″in uçuş zamanı qəzaya uğradığını bildirib. Onun düşdüyü yer artıq aşkar edilib. Hava gəmisi qəzaya uğradıqdan sonra yanmağa başlayıb.

İlkin ehtimala görə, qəzaya texniki nasazlıq və ya pilotun səhvi səbəb olub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin məlumatına görə, vertolyot İqarka şəhərindən 2 km aralıda sərt eniş edib. Bu, Bakı vaxtı ilə saat 7:20-də baş verib. //report

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00