Rusiyada silahlı insidentin yaşandığı azərbaycanlının kafesi sökülə bilər

Rusiyada silahlı insidentin yaşandığı azərbaycanlının kafesi sökülə bilər
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiyanın Açinsk şəhərində ötən həftə silahlı insidentin baş verdiyi azərbaycanlıya məxsus kafenin fəaliyyəti məhkəmənin qərarı ilə dayandırılıb.

“A24.az” “Report”a istinadən xəbər verir ki, faktla bağlı müəssisənin 57 yaşlı sahibi Azad Salmanova qarşı Rusiya Cinayət Məcəlləsinin “Adam öldürməyə cəhd” maddəsi üzrə cinayət işi qaldırılıb.

Müəyyən edilib ki, kafe şəhərsalma və yanğından mühafizə qanunvericiliyinin tələblərinin pozulması şəraitində işləyir, şəhər administrasiyası bununla əlaqədar özbaşına tikilinin sökülməsi ilə bağlı məhkəmədə iddia qaldırıb.

Hazırda Açinsk şəhər məhkəməsində tikilinin sökülməsinə dair iddiaya baxılır.

Martın 12-si gecə saatlarında Rusiyanın Krasnoyarsk vilayətinin Açinsk şəhərində yerləşən “London” barında Azərbaycan əsilli müğənninin konserti zamanı atışma baş verib. Münaqişə kafenin azərbaycanlı sahibi ilə direktoru arasında qeydə alınıb. Azərbaycanlı avtomobilindən yivsiz lüləli tüfəng götürərək havaya atəş açıb. Direktor isə cavabında onu travmatik tapança ilə hədəfə alıb. Mülkiyyətçi, öz növbəsində döyüş patronu ilə doldurulmuş tüfəngini insanların toplaşdığı əraziyə tuşlayıb. Nəticədə qarşı tərəf güllə yarası alıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar