A24 Xeber

Rusiyadan daha bir addım: ABŞ-a qarşı

Rusiyadan daha bir addım: ABŞ-a qarşı
53
03 Sentyabr 2018 - 20:21

Rusiyanın dövlət maliyyə strukturu olan VTB ABŞ-dakı törəmə şirkətini satıb. 

A24.Az “İnterfaks”a istinadən xəbər verir ki, “VTB Capital” elə VTB-nin menecmentinə satılıb.

Bundan sonra “VTB Capital” adını dəyişərək (Xtellus Capital Partners) ABŞ bazarında müstəqil fəaliyyət göstərəcək.

Anlaşmaya əsasən, “Xtellus Capital Partners” Rusiyanın VTB qrupu üçün ABŞ bazarında broker-diler funksiyasını yerinə yetirəcək. Bu isə bankın müştərilərinə ABŞ bazarında investisiyalara çıxış imkanlarını qoyuyub saxlamağa imkan verəcək.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00