Rusiyadan miqrantlara ağır zərbə

Rusiyadan miqrantlara ağır zərbə
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiyada tikinti sahəsində çalışan xarici vətəndaşların sayı bu sahədə işləyənlərin maksimum 80 faizini təşkil edə biləcək.

A24.Az-ın İnterfax-a istinadən məlumatına görə, bu barədə Rusiya baş nazirinin müavini Tatyana Qolikova bəyan edib.

Onun sözlərinə əsasən, hazırda tikinti sahəsində 6,3 milyon insan işləyir, və onların əksəriyyəti miqrantlardır.

“Yeni qanun qüvvəyə minəndən sonra bu yerlərin bir hissəsini rusiyalılar tuta biləcək”, – deyə o bildirib.

Qolikova əlavə edib ki, müvafiq qanun layihəsi artıq bir sıra qurumlarla təsdiqlənib və 2019-cu ildə qüvvəyə minməlidir.

Həmçinin qeyd olunur ki, məhdudiyyət Moskva, Xabarovsk və Amur vilayətlərinə təsir etməyəcək. Bu vilayətlərdə tikinti sahəsində işləyən miqrantların payı ümumi işçilərin sayına nisbətdə 100 faiz ola bilər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar