Rusiyalı deputat:  Əsədin uşaqları keçən il Krımda istirahət edib

Rusiyalı deputat:  Əsədin uşaqları keçən il Krımda istirahət edib
Want create site? Find Free WordPress Themes and plugins.

Suriyada rəsmi səfərdə olan Rusiya nümayəndə heyətindəki millət vəkillərindən və Dumanın Suriya parlamenti ilə əlaqədar qrupu koordinatoru Dmitri Sablin, Suriya prezidenti Bəşər Əsədin uşaqlarının keçən il Krımda Artek Uşaq Mərkəzinə istirahətə getidyini bildirib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, rus deputatlarından ibarət nümayəndə heyəti Aprelin 11-də Suriyaya səfər edib. Səfərlə bağlı jurnalistlərə danışan Sablin, Əsədin dediyi sözləri bildirdi: “İlk olaraq gənclərlə parti işinə, bir neçə həftəlik düşərgə təşkil etmək istədik. Uşaqlarım ötən il Artekdəydi. Bu səfərdən sonra Rusiyanı daha yaxşı anlamağa başladılar. Mənə Krım Körpüsünün inşasının tezliklə yekunlaşacağını deyiblər”.

Artek Uşaq Mərkəzindən verilən məlumata görə, 2017-ci ildə təşkil olunmuş düşərgəyə Suriyadan 44 uşaq iştirak edib. Suriya prezidenti Bəşər Əsəd və xanımı Əsma Əsədin 15 yaşlı qızı Zeyn, 14 yaşlı oğlu Kərim və 17 yaşlı Hafiz Əsədlə 3 uşağı var.

Rusiyanın Suriyadakı səfiri Riyad Haddad ötən il Rusiya Federasiya Şurasındakı çıxışında Əsədin uşaqlarının rus dilini öyrənməyə başladığını və Suriyadakı məktəblərdə rus dilinin ikinci dil olduğunu söyləmişdi. Haddad bir çox Suriyalının da yeni doğulan uşaqlarına Putin adını verdiklərini bildirmişdi.

Artek Uşaq Mərkəzi, hər il tərbiyə etdiyi uşaq sayı baxımından dünyanın ən məşhur uşaq təhsil düşərgəsidir. Mərkəz həmçinin Rusiyanın ən yaxşı düşərgəsi kimi görünür. Rusiya prezidenti Vladimir Putin də 1925-ci ildə yaradılan Artekə iyun ayında səfər etmişdi.

Orxan Aslanlı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar