Rusiyalı deputatlar Donald Trampı beynəlxalq məhkəməyə verə bilərlər

Rusiyalı deputatlar Donald Trampı beynəlxalq məhkəməyə verə bilərlər
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiyalı deputatlar ABŞ prezidenti Donald Trampı beynəlxalq məhkəməyə verə bilərlər.

Bu təklif Dövlət Dumasının iclasında səslənib.

Dumanın Müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Yuri Şvytkin deyib ki, D.Tramp Suriyaya raket zərbələri endiriləcəyi barədə bəyanat verib. Onun fikrincə, bu isə ABŞ prezidentinə qarşı Beynəlxalq Cinayətlər üzrə Məhkəmədə iddia qaldırmaq üçün kifayətdi: “Hesab edirəm ki, proses buna doğru gedir. Düşünürəm ki, görüləcək tədbirlərdən biri onu beynəlxalq məhkəməyə vermək olardı. Çünki sübut olmadan ittiham etmək, hücumla hədələmək cinayətidir. Bu eyni zamanda insanlığa qarşı cinayətdir”.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar