A24 Xeber

Rusiyalı ekspert: ABŞ Güləni Rusiyaya qətiyyən təslim etməz

Rusiyalı ekspert: ABŞ Güləni Rusiyaya qətiyyən təslim etməz
27
05 Aprel 2018 - 22:11

Rusiya Elmlər Akademiyasının üzvü Viktor Nadeyin-Rayevskiy, ABŞ-a müraciət edilsə də Vaşinqtonun Fətullah Gülənin Rusiyaya qətiyyən təslim etməyəcəyini bildirib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Ankara 2-ci Sülh Cəza Hakimliyinin Karlov sui-qəsdi ilə bağlı Fətullah Gülən haqqında tutulma qərarı çıxarmasını şərh edən Rusiya Elmlər Akademiyasının üzvü Viktor Nadeyin-Rayevskiy, “Rusiya ABŞ-a Gülənin təslim edilməsi üçün müraciət edə bilərmi?” sualına bu şəkildə cavabı verib:

“Əgər biz ABŞ-a müraciət etsək onu qətiyyən təslim etməzlər. Birincisi, ABŞ heç vaxt bizə hər hansı birini təslim etməyib. İkincisi, o və ya bu şəxsin təslim edilməsi üçün ciddi sübutlar tələb edilir”.

Rus mütəxəssisin sözlərinə bu şəkildə davam edib: “(Gülən) Türkiyəyə ekstradisiya edilərmi? Amerikalıların öz vətəndaşlarını təslim etməsi nadir hallarda görünən bir vəziyyətdir, Güleninsə “Green Kart”ı var. Əlbəttə ki, bu vətəndaşlıq deyil, amma o mənaya gəlir. ABŞ-ın öndə gələn adlarından 700 nəfər özünə Green Kart verilməsi üçün təşəbbüs göstərdi və o, 2000-ci illərin əvvəllərində Green Karta sahib oldu”.

Gülənin qaytarılması məsələsinə də toxunan Nadein-Rayevskiy, “Bu əlbəttə ki, mühüm, ancaq mənə görə hələlik həlli olmayan bir məsələdir”, – deyə o əlavə edib.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00