A24 Xeber

Rusiyalı idmançı dopinqə görə diskvalifikasiya edildi

Rusiyalı idmançı dopinqə görə diskvalifikasiya edildi
28
16 Aprel 2018 - 21:47

 Beynəlxalq Tennis Federasiyası (ITF) Rusiyanın 16 yaşlı tennisçisi Elizabet Koklini qadağan olunmuş preparatlardan istifadəyə görə diskvalifikasiya edib.

A24.Az “Report”a istinadən xəbər verir ki, rusiyalı tennisçi bir il müddətinə müsabiqələrdən kənarlaşdırılıb.

Onun qanında furosemid preparatı tapılıb. Test Türkiyənin İstanbul şəhərində keçirilən turnirdə aparılıb.

Qeyd edək ki, istintaqın nəticələrinə əsasən, Koklinin qadağan olunmuş maddələrdən yararlandığı aşkarlanıb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00