Rusiyanın ən iri mobil operatoru biznesini 1 dollara satdı

Rusiyanın ən iri mobil operatoru biznesini 1 dollara satdı
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya və MDB-nin ən iri mobil rabitə operatoru olan MTS şirkəti Özbəkistanın “Universal Mobile Systems” (USM) şirkətində malik olduğu 50,01% payını bu ölkənin hökumətinə satıb.

“A24.az”ı xəbər verir ki, MTS öz hissəsini simvolik məbləğə – 1 dollara satıb. Bu sövdələşmə 2016-cı ilin avqust ayında baş tutub.

Şirkət satışın “bir neçə səbəbinin” olduğunu deyib. Məlumata görə, Özbəkistan bazarından çıxmaqla MTS 2016-cı ilin III rübündə təqdim etdiyi hesabatında 2,7 mlrd. rublun silindiyini əks etdirib.

Ehtimal edilir ki, MTS-in Özbəkistanın mobil rabitə bazarından çıxması şirkətə qarşı anti-korrupsiya tədqiqatının tənzimlənməsi şərtlərindən biri ola bilər. Yazılanlara görə, MTS guya mərhum prezident İslam Kərimovun qızına bağlı yerli strukturlara rüşvət verib.

Qeyd edək ki, MTS Özbəkistanın mobil rabitə bazarında 2 ilə yaxın fəaliyyət göstərib.
(report.az)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, İqtisadiyyat, Texnologiya, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar