A24 Xeber

Rusiyanın kəşfiyyat rəisi: “Soyuq müharibə” geri qayıdıb

Rusiyanın kəşfiyyat rəisi: “Soyuq müharibə” geri qayıdıb
51
04 Aprel 2018 - 22:32

ABŞ-ın Rusiyaya qarşı münasibətlərini Soyuq Müharibə dövrünə geri qayıdışın işarəsi olaraq görən Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin qərbin yeni dəmir pərdə çəkməyə hazır olduğunu ifadə edib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştirakçılara müraciət edən Narışkin, “Həqiqətdə mövcud olmayan, sözdə Rus təhdidi ilə mübarizə aparan Vaşinqton, “sabit fikirli” siyasətini davam etdirir. Bu, o qədər böyük ölçülərə çatıb, absurd keyfiyyətlər qazandı ki, artıq Soyuq Müharibənin qaranlıq dövrlərinə geri qayıtdığımızı deyə bilərik”, – deyə S.Narışkın əlavə edib.

Münasibətlərin pozulması üçün obyektiv əsaslar olmadığını qeyd edən Narışkin, “Soyuq Müharibə çox uzun zaman əvvəl başa çatıb, qloballaşma şəraitində Şərq ilə Qərb arasında gedən ideoloji münaqişə ortadan qalxdı” – deyə Narışkın əlavə edib.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00