Rusiyaya ən çox hansı ölkədən azarkeşin gəldiyi açıqlandı

Rusiyaya ən çox hansı ölkədən azarkeşin gəldiyi açıqlandı
Want create site? Find Free WordPress Themes and plugins.

Futbol üzrə dünya çempionatının keçirildiyi müddətdə Rusiyaya ən çox azarkeş Çin, ABŞ və Meksikadan gəlib.

“A24.az” “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya Sərhəd Xidmətindən açıqlama verilib.

Həmin məlumatlara əsasən, Çindən 53 min, ABŞ-dan 46 min, Meksikadan 41 min insan Azərbaycanla qonşu ölkəyə ayaq basıb. Sonrakı yerlərdə Argentina (31 min), Braziliya (27 min), Almaniya və Böyük Britaniya (hər ikisi 25 min), Kolumbiya (23 min), Peru və Fransa (hər ikisi 20 min), Xorvatiya (18 min) qərarlaşıb.

Ümumilikdə, Rusiya dövlət sərhədini 633 min əcnəbi vətəndaş azarkeş vəsiqəsi ilə keçib. Onların əsas istiqamətləri Moskva və Sankt-Peterburq olub. Ölkəyə gələn əcnəbilərin sayında (5 milyon nəfər) isə ciddi dəyişiklik baş verməyib. Lakin ötənilki göstəricilərlə müqayisədə dünya çempionatında iştirak edən ölkələrin sakinləri kəskin artıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin azarkeş pasportu ilə gələnlərə ilin sonunadək ölkədə vizasız qalmaq icazəsi verib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar