Rustavidə azərbaycanlı tələbənin meyiti tapılıb

Rustavidə azərbaycanlı tələbənin meyiti tapılıb
Want create site? Find Free WordPress Themes and plugins.

 Kür çayının Rustavi şəhərindən keçən hissəsində azərbaycanlı tələbənin meyiti tapılıb. 

Bu barədə “Report”un yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, hadisə iki gün bundan əvvəl baş verib.

“Bizə Tbilisi Humanitar Universitetinin II kurs tələbəsi Tağı İsgəndərzadənin suda boğularaq ölməsi barədə məlumat daxil olub. Artıq meyiti ekspertizadan keçirilib və yaxın günlərdə ailəsinə təhvil verilməsi üçün Azərbaycana göndəriləcək”.

Xatırladaq ki, T.İsgəndərzadənin paytaxt Tbilisidə özünü Kür çayına ataraq intihar etdiyi ehtimal olunur.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar