A24 Xeber

Rüşvətin tüğyan etdiyi UNİVERSİTETLƏR sırasına biri də əlavə olundu – Hansı?

Rüşvətin tüğyan etdiyi UNİVERSİTETLƏR sırasına biri də əlavə olundu – Hansı?
219
06 Sentyabr 2018 - 9:46

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2018-ci ilin avqust ayı üzrə analiz işini yekunlaşdırıb.

“A24.az” Media Təqib Mərkəzi-nə istinadla universitetlərlə bağlı avqust ayı üzrə məlumatları təqdim edir:

2018-ci ilin avqust ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 5176 xəbər yerləşdirilib. Bunlardan 32 xəbər mənfi, 5144 xəbər isə neytraldır.

Mənfi xəbərlər Bədən Tərbiyəsi və İdman Akademiyası (19 xəbər – Bu ünvanda da rüşvət tüğyan edirmiş), Dövlət İqtisad Universiteti (8 xəbər – Rektora qarşı ŞOK İTTİHAM) və Azərbaycan Tibb Universitetinə (5 xəbər – Hesablama Palatası Azərbaycan Tibb Universitetinin fəaliyyətində nöqsanlar aşkarlayıb.) məxsusdur. Avqust ayında bu sektorla əlaqəli elektron mətbuatda müsbət xəbər verilməyib.

Xəbər sayına görə sıralama:

1Bakı Dövlət Universiteti948 xəbər
2Azərbaycan Tibb Universiteti564 xəbər
3Dövlət İqtisad Universiteti350 xəbər
4ADA Universiteti326 xəbər
5Dövlət Aqrar Universiteti296 xəbər
6Dövlət İdarəçilik Akademiyası170 xəbər
7Gəncə Dövlət Universiteti167 xəbər
8Azərbaycan Texniki Universiteti159 xəbər
9Bakı Mühəndislik Universiteti158 xəbər
10Azərbaycan Kooperasiya Universiteti137 xəbər

Xəbər sayına görə sıralama:

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 918 neytral xəbər dərc edilib.

1Bakı Dövlət Universiteti166 xəbər
2Bakı Musiqi Akademiyası72 xəbər
3Dövlət İqtisad Universiteti61 xəbər
4Azərbaycan Tibb Universiteti52 xəbər
5Dövlət Aqrar Universiteti44 xəbər
6Dövlət Pedaqoji Universiteti35 xəbər
7Azərbaycan Texniki Universiteti35 xəbər
8ADA Universiteti32 xəbər
9Dövlət İdarəçilik Akademiyası30 xəbər
10Azərbaycan Dillər Universiteti30 xəbər

Avqust ayında televiziya kanallarında universitetlər haqqında 203 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1Bakı Musiqi Akademiyası79 xəbər
2Bakı Dövlət Universiteti21 xəbər
3ADA Universiteti17 xəbər
4Azərbaycan Milli Konservatoriyası14 xəbər
5Dövlət Aqrar Universiteti11 xəbər
6Dövlət İqtisad Universiteti11 xəbər
7Mədəniyyət və İncəsənət Universiteti9 xəbər
8Azərbaycan Tibb Universiteti7 xəbər
9Azərbaycan Kooperasiya Universiteti5 xəbər
10Dövlət Sərhəd Xidməti Akademiyası5 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqə:

+994 12 409 90 09

+994 51 408 08 88

+994 12 408 08 88

[email protected]

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00