Rza Şah Pəhləvinin mumiyası tapıldı

Rza Şah Pəhləvinin mumiyası tapıldı
Want create site? Find Free WordPress Themes and plugins.
İranın Rey şəhərindəki Əbdüləzim türbəsində iş zamanı mumiya tapılıb.
A24.Az xəbər verir ki, Tehran İslam Şurası Mədəni Miras və Turizm Komitəsinin sədri Həsən Xəlilabadi mumiyanın ölkənin kralı olmuş Rza Şah Pəhləviyə aid ola biləcəyini deyib.
Məsələ ilə bağlı araşdırma aparılacaq. İranda 1925-ci ildə hakimiyyəti ələ alan Rza Şah II Dünya Müharibəsi dövründə İngiltərə və Sovet İttifaqı İranı işğal edəndən sonra sürgünə göndərilib və 1944-cü ildə Cənubi Afrika Respublikasında dünyasını dəyişib. Onun nəşi Misirda mumyalanıb və bir müddət Qahirədə saxlanılıb. 1950-ci ildə İrana gətirilən mumiya Rey şəhərində mavzoleydə dəfn edilib. Mavzoley 1979-cu il İran inqilabı zamanı dağıdılmışdı.
A24.Az 
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar