A24 Xeber

Rza Zərrabın işinə baxan prokuror vəzifəsindən uzaqlaşdırıldan sonra bu peşə ilə məşğul olur

Rza Zərrabın işinə baxan prokuror vəzifəsindən uzaqlaşdırıldan sonra bu peşə ilə məşğul olur
560
22 Mart 2017 - 11:29

Amerikada Tramp hakimiyyətə gələndən sonra vəzifədə qalacağı düşünülsə də sürpriz bir şəkildə prokuror  Preet Bhararanın istehfa etməsi tələb olunub.

A24.Az xəbər verir ki, Preet istehfa etmədiyinə görə, avtomatik olaraq tutduğu vəzifədən uzaqlaşdırılıb. Bundan sonra isə onun Nyu York Universitetində hüquq təhsili verəcəyi öyrənilib. O, hüquq fakultəsinin fəxri üzvü kimi yeni vəzifəsinə 1 aprel tarixindən başlayacaq.

Eks prokuror yeni işi ilə bağlı bunları deyib: “ABŞ-ın ən yaxşı təhsil qurumlarından olan Nyu York Universitetinin hüquq fakultəsinə qatılmaqdan qürur duyuram. Belə bir hörmətli bir yerdə olmaqdan çox məmnunam. Dərinliyinə kimi maraqlandığım cinayət, sosial ədalət, dürüst hökümət, sivil haqqlar, beynəlxalq təhlükəsizlik kimi sahələrdə davam etmək fürsəti yaxaladığım üçün çox həyəcanlanıram”.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00