Saakaşvilinin xanımı Bakıda: Evliliyindən, həyatından danışdı

Saakaşvilinin xanımı Bakıda: Evliliyindən, həyatından danışdı
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Bakıda 2004-2013-cü illərdə Gürcüstanın birinci xanımı olmuş Sandra Elizabet Rulofsun Azərbaycan dilində tərcümə edilən “Bir idealistin hekayəsi” adlı kitabının təqdimat mərasimi keçirilib.

A24.Az xəbər verir ki, kitabda xanım Sandra Elizabet Rulofs öz həyatı, 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olmuş Mixail Saakaşvili ilə tanışlığı, evliliyi və ailə həyatından bəhs edir.

Rulofs kitabda özünəməxsus bədii üslubla təhsil aldıqları dövrdən hakimiyyətə gəldikləri zamana qədər ailə və çalışmaları barəsində geniş məlumat verib.

Keçmiş birinci xanımın “Bir idealistin hekayəsi” kitabı indiyə qədər 7 dilə tərcümə olunaraq Hollandiya, Gürcüstan, Ukrayna, Rusiya, Türkiyə, İngiltərə və Polşada nəşr edilib.

Qeyd edək ki, bu gün Bakıda keçirilən təqdimat mərasimində Sandra Rulofsun özü də iştirak edib. (azvision.az)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Elm, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar