Saakaşviliyə Niderlandda şəxsiyyət vəsiqəsi verilib

Saakaşviliyə Niderlandda şəxsiyyət vəsiqəsi verilib
Want create site? Find Free WordPress Themes and plugins.

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşviliyə Niderlandda şəxsiyyət vəsiqəsi verilib.

Bu barədə M.Saakaşvili özünün “Facebook” səhifəsində yazıb.

“Bu gün Amsterdamda son müddət ərzində ilk dəfə kimliyimi təsdiq edən sənəd əldə etdim. Niderlanda gəldikdən dərhal sonra mənə Avropa İttifaqında yaşamaq və işləmək hüququ verən şəxsiyyət vəsiqəsi verildi. Bütün prosedur bir neçə dəqiqə çəkdi”, M.Saakaşvili yazıb.

Eyni zamanda, o Ukrayna vətəndaşlığını bərpa etməyə israrlı olduğunu vurğulayıb.

Qeyd edək ki, fevralın 12-də M.Saakaşvili Kiyevdə saxlanılaraq Polşaya readmissiya olunub.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar