Saat əqrəbləri geri çəkilə bilər: Litva və Finlandiya vətəndaşları Avropa Komissiyasına müraciət etdi

Saat əqrəbləri geri çəkilə bilər: Litva və Finlandiya vətəndaşları Avropa Komissiyasına müraciət etdi
Want create site? Find Free WordPress Themes and plugins.

Saatın əqrəblərinin ildə iki dəfə geriyə çəkilməsi prosesi yenidən bərpa oluna bilər.

A24.Az xəbər verir ki, Avropa Komissiyası Litva və Finlandiyanın vətəndaşlarının müraciətlərini nəzərə alaraq, saat əqrəblərinin çəkilməsi barədə açıq məsləhətləşmələrə başlayıb. Komissiya Avropa İttifaqının yay vaxtı barədə indiki sazişlərinin necə işlədiyini nəzərdən keçirmək və bu sazişləri dəyişməyin gərəkli olub-olmadığını araşdırmaq qərarına gəlib.

Komissiya Aİ-nin yay vaxtı haqqında indiki sazişləri və bu sazişlərə edilməsi mümkün olan hər hansı dəyişikliklər barədə avropalıların, əlaqədar subyektlərin və üzv dövlətlərin rəyini öyrənmək istərdi. İyulun 4-də başlayan ictimai məsləhətləşmələr avqustun 16-dək davam edəcək.

Komissiya vurğulayır ki, ikinci alternativ – yay vaxtının ləğv edilməsi də mümkündür. Bunun üçün Aİ-nin üzvü olan dövlətlərin böyük əksəriyyəti həmin qərarın lehinə olmalıdır.

Litva Avropa Komissiyasına və Aİ üzvlərinə ünvanladığı məktubda yay və qış vaxtlarına keçidə yenidən baxılmasının zəruri olması barədə mövqeyini şərh edib. Bu məsələ Aİ-nin nəqliyyat, infrastruktur və kommunikasiyalar üzrə şuralarının iclaslarında dəfələrlə qaldırılıb. Litvanın Baş naziri Saulyus Skvernyalis də Aİ dövlətlərinin hökumət başçıları və Aİ-nin yüksəkvəzifəli şəxsləri ilə görüşlərdə həmin mövzunu müzakirə edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar