Saatda 6 min kilometr sürətlə uçan TƏYYARƏ hazırlanır

Saatda 6 min kilometr sürətlə uçan TƏYYARƏ hazırlanır
Want create site? Find Free WordPress Themes and plugins.

“Boeing” kompaniyası saatda 6 min kilometr sürətlə uçan səsdən sürətli sərnişin təyyarəsi istehsal etmək barədə planlarının olduğunu bəyan edib.

A24.Az Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, yeni təyyarə Atlantik okeanı üzərindən təxminən 2 saata uça biləcək. İndiyədək bu marşrut üzrə qeydə alınan uçuş sürəti rekordu (2 saat 52 dəqiqə) İngiltərə və Fransanın birgə istehsalı olan “Concorde” təyyarəsinə aiddir. Hazırda səs sürətinə yaxın indiki laynerlər isə Londondan Nyu-Yorka qədər olan məsafəni təxminən 7 saata qət edir.

Kompaniyadan bildiriblər ki, səsdən sürətli yeni təyyarənin istifadəsi ilə istənilən şəxs bir sutka ərzində okeanın o tayına keçərək geri qayıda biləcək.

Ekspertlərin fikrincə, təyyarənin sınaq nümunəsi ən tez 2023-cü ildə havaya qalxacaq. “Boeing” kompaniyası isə 2030-cu illərin sonlarına qədər müntəzəm reysləri həyata keçirməyi planlaşdırır.

Xatırladaq ki, maksimal sürəti saatda 2179 kilometr olan “Concorde” sərnişin təyyarəsi ilk kommersiya uçuşunu 1976-cı ilin yanvarında həyata keçirmişdi. Onları hər birində 7 təyyarə olmaqla, British Airways və Air France aviaşirkətləri istismar edirdi. 27 il ərzində müntəzəm və çarter reysləri ilə 3 milyondan çox sərnişin daşınmışdı. 2000-ci ilin iyulunda bir təyyarə Parisin Şarl de Qoll aeroportundan uçuş zamanı qəzaya uğradı. 113 nəfərin ölümü ilə nəticələnən bu qəzadan sonra “Concorde” təyyarələrinin uçuşları altı aylığına saxlanıldı. 2003-cü ildə isə əvvəlcə Air France, onun ardınca da British Airways yanacağın qiymətinin artması ilə əlaqədar uçuşları birdəfəlik dayandırdılar.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar